Füzulidə bərpa və quruculuq işləri sürətlə davam etdirilir - FOTO
sizinxeber.az xəbər saytı

Füzulidə bərpa və quruculuq işləri sürətlə davam etdirilir - FOTO


İşğaldan azad edilən Füzuli şəhərində genişmiqyaslı yenidənqurma və bərpa işləri intensiv şəkildə davam etdirilir. Şəhər ərazisində yeni yaşayış binaları, sosial infrastruktur obyektləri, yol-nəqliyyat şəbəkəsi, parklar və müasir kommunikasiya xətləri inşa olunur.

Sizinxeber.az-nın bölgə müxbirinin məlumatına görə, dövlət tərəfindən həyata keçirilən kompleks quruculuq tədbirləri nəticəsində Füzuli müasir şəhər standartlarına uyğun şəkildə yenidən formalaşdırılır və şəhər infrastrukturunun tamamilə yenilənməsi istiqamətində işlər mərhələli şəkildə aparılır.

Eyni zamanda, bölgəyə köçürülən əhalinin məşğulluğunun təmin edilməsi də əsas prioritetlərdən biri kimi diqqətdə saxlanılır. Yeni təsərrüfatların yaradılması, kiçik və orta sahibkarlığın inkişafı, eləcə də kənd təsərrüfatı layihələrinin dəstəklənməsi sakinlərin sosial rifahının yüksəldilməsinə xidmət edir.

Füzuli sakini Günəş Heydərova doğma yurda qayıdış prosesini və yaradılan şəraiti yüksək qiymətləndirib. O bildirib ki, uzun illər məcburi köçkün həyatı yaşadıqdan sonra 2023-cü ildə ailəsi ilə birlikdə Füzuliyə qayıdıb.

Onun sözlərinə görə, şəhərdə müasir yaşayış şəraiti formalaşdırılıb, yeni binalar inşa edilib, yol infrastrukturu yenilənib, parklar salınıb və ümumi infrastruktur müasir standartlara uyğun şəkildə qurulub. Eyni zamanda, məşğulluğun təmin olunması istiqamətində də dəstək göstərilib.

Günəş Heydərova hazırda öz təsərrüfatını quraraq fəaliyyət göstərdiyini, müxtəlif kulinariya məhsulları hazırladığını bildirib və Füzulidə yaradılan şəraitin onların həyatında mühüm dəyişikliklərə səbəb olduğunu qeyd edib.

O vurğulayıb ki, doğma yurda qayıdış və burada yaşayıb-işləmək qürurvericidir.

Oxşar xəbərlər

Laçınım mənim... - VİDEO
İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı ilə bağlı işlər aparılır
Dövlət Komitəsi Laçın şəhəri ilə bağlı videoçarx hazırlayıb - VİDEO
Dövlət Komitəsi Laçın şəhərinin görüntülərini yayıb - VİDEO
Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər