Milli Gimnastika Arenası dünya çempionatını qəbul etməyə tam hazırdır
Milli Gimnastika Arenası dünya çempionatını qəbul etməyə tam hazırdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan “Fan Zona”nın ardından jurnalistlərə açıqlamasında Gənclər və İdman Naziri Fərid Qayıbov deyib.
O, minifutbolun ölkədə sevildiyini bildirib:
"Azərbaycan yığması 2022-ci ildə Avropa çempionu olduqdan sonra ölkədə minifutbol populyarlaşdı. Ölkədə keçiriləcək mundiala hazırlıqlar yüksək səviyyədə davam edir. Bütün futbol azarkeşlərini Milli Gimnastika Arenasına dəvət edirəm. İnanıram ki, yığmamız dünya çempionatında uğurla çıxış edəcək. Görülən bütün işlərdə Azərbaycan minifutbol federasiyasına öz təşəkkürümü bildirirəm. Onlar mundialın Bakıda keçirilməsində böyük səy göstərdilər".
Oxşar xəbərlər
Taleh Nəsibov: "Bakıda keçiriləcək mundialın minifutbol tarixində ən yaxşılar sırasında olacağına inanırıq"
Azərbaycan Minifutbol Federasiyasının prezidenti: "İnanıram ki, millimiz dünya çempionatında layiqli çıxış edəcək"
Minifutbol üzrə dünya çempionatının keçiriləcəyi Milli Gimnastika Arenasında görüləcək işlərin siyahısı açıqlanıb
Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatının Bakıda keçirilməsi böyük idman hadisəsidir"
Bakıdakı mundialın mükafatçısı olacaq hər komanda üçün 25 medal hazırlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













