ADSEA: Şirvan kanalının yenidən qurulması pambıqçılığın inkişafı üçün yeni imkanlar yaradacaq
Pambıqçılıq ölkəmiz üçün böyük tarixə malik kənd təsərrüfatı sahəsi olmaqla yanaşı, eyni zamanda əhalinin sosial-iqtisadi rifahı və məşğulluğun təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
APA xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov aqrar sahədə Dövlət Proqramı çərçivəsində Sabirabadda keçirilən regional müşavirədə deyib.
Qeyd olunub ki, 2025-ci ildə respublikamızın 23 rayonunda 107 min 492 hektar sahədə pambıq əkini aparılıb və ümumilikdə 3,6 dəfə suvarma suyu ilə təmin edilib. Cari ildə respublikamızın 21 rayonunda pambıq bitkisinin ümumilikdə 90 min 579 hektar sahədə səpini baş tutub, və müvafiq qaydada arat və səpsuvar suyu ilə təmin edilib.
ADSEA sədri deyib ki, hazırda sözügedən əkinlərin qrafikə uyğun olaraq vegetasiya suyu ilə təmin edilməsi davam etdirilir: "Hamımıza məlumdur ki, pambıq vegetasiya dövründə yüksək rütubət və su tələbatı olan bitkidir. Lakin son illər iqlim dəyişikliklərinin mənfi təsirləri, quraq dövrlərinin uzanması, yağıntıların həcminin dinamik surətdə dəyişməsi və özəlliklə vegetasiya dövrlərində su ehtiyatlarına artan təzyiq bir sıra yeni zərurətlər formalaşdırıb. Bu baxımdan, pambıqçılıq ənənəsi olan xüsusilə Aran, Qarabağ, Şərqi Zəngəzur və Mil-Muğan zonalarında yerləşən rayonlarımızda suvarma infrastrukturunun inkişaf etdirilməsi və su itkilərinin minimuma endirilməsi istiqamətində mühüm layihələr icra olunur.
Bu baxımdan hazırda icra olunan ən böyük layihələrdən biri Şirvan suvarma kanalının yenidənqurulmasıdır. Uzunluğu 204 kilometrdən artıq olan, saniyədə 180 kubmetr su ötürmə qabiliyyətinə malik bu kanalın tikintisi nəticəsində ümumilikdə 228 min hektardan artıq ərazinin su təminatına mühüm töhfələr verəcək. Layihə çərçivəsində 112 min hektardan artıq mövcud əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, əlavə olaraq 105 min hektardan artıq yeni torpaq sahəsi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq. Bu layihənin həyata keçirilməsi xüsusilə Kürdəmir, Hacıqabul, Zərdab və Yevlax rayonlarında pambıqçılığın inkişafı üçün yeni imkanlar yaradacaq, məhsuldarlığın yüksəldilməsinə və su təminatının daha dayanıqlı təşkilinə xidmət edəcək".
Oxşar xəbərlər
Nazir: Pambıq regionlarda gəlirlərin sabitləşdiricisi kimi çıxış etməkdədir
Zaur Mikayılov: Müasir suvarma texnologiyalarının tətbiqi genişləndiriləcək
ADSEA: Naxçıvanın iqlimi su ehtiyatlarından daha səmərəli istifadəni aktual məsələyə çevirir
İcra başçısı: Şəmkirdə aqrar sahədə ciddi irəliləyiş əldə olunub
ADSEA: "Aqrar sahədə rəqəmsal monitorinq və su uçotu genişləndiriləcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
