Azər Əmiraslanov: "Azərbaycan sığorta bazarının yeni inkişaf strategiyasını hazırlayır"
sizinxeber.az xəbər saytı

Azər Əmiraslanov: "Azərbaycan sığorta bazarının yeni inkişaf strategiyasını hazırlayır"


Azərbaycanda milli sığorta bazarının inkişafının növbəti mərhələsini müəyyən edəcək yeni strategiyanın hazırlanması planlaşdırılır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2026) bildirib.

"Bu gün sığorta bazarı inkişaf nümayiş etdirir. Lakin hədəflərin müəyyən edilməsi daha vacib məsələdir. Konkret baxış mövcuddur, aydın yanaşma və strategiya işlənib hazırlanıb, bununla yanaşı, qarşıdakı mərhələ üçün yeni strategiyanın hazırlanması gözlənilir. Əslində söhbət bütün sahənin inkişafı üçün yol xəritəsindən gedir", - deputat vurğulayıb.

A.Əmiraslanov qeyd edib ki, müasir sığorta sisteminin xüsusiyyətlərini nəzərə almaq lazımdır, həmçinin hərtərəfli maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə böyük ehtiyac var.

"Bazar iqtisadiyyatına keçidin təxminən 30-36 il əvvəl baş verməsinə baxmayaraq, bazarın xüsusiyyətləri, eləcə də sığortanın əhəmiyyəti və ona olan tələbatla bağlı maarifləndirmə işlərinə hələ də kəskin ehtiyac qalmaqdadır. Etiraf etmək lazımdır ki, çox vaxt biznes nümayəndələri və hətta sıravi vətəndaşlar sığorta xərclərini əlavə xərc kimi qiymətləndirirlər. Bununla belə, dərk etmək lazımdır ki, istənilən halda bunlar risklərin idarə olunmasına yönəldilmiş vəsaitlərdir.

Bundan başqa, sığortanın sadəcə bir seçim deyil, obyektiv zərurət olduğunu anlamaq vacibdir. Sığortaya yönəldilən xərclər və resurslar həm də gələcəyə, sonrakı inkişafa və sabitliyin təmin edilməsinə qoyulan investisiya kimi qiymətləndirilməlidir", - A.Əmiraslanov əlavə edib.

Oxşar xəbərlər

Azər Əmiraslanov: Paytaxtın köçürülməsi rasional hesab edilmir
ASA: Bu il sığorta bazarı 10 %-dən çox böyüyəcək
Azərbaycanda "Açıq sığorta modeli" tətbiq ediləcək
Azər Əmiraslanov: “Azərbaycanda 2025-ci ildən konkret gömrük güzəştləri tətbiq ediləcək”
İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər