Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Səyyar Gənclər Xidməti" layihəsinin 2026-cı il üzrə ilk dayanacağı Şəki şəhəri olub.
"Sizinxeber.az" xəbər verir ki, 2019-cu ildən etibarən reallaşdırılan layihə Gənclər Fondunun yaradılmasının 15 illiyinə həsr olunub və "Gənclərlə, gənclər üçün" şüarı altında keçirilir.
Layihənin məqsədi yaradılan imkan və xidmətlərin, xüsusilə məşğulluq, innovasiya və rəqəmsallaşma sahələrində həyata keçirilən təşəbbüslərin regionlarda yaşayan gənclər üçün əlçatanlığının artırılmasıdır.
Layihə çərçivəsində xüsusi hazırlanmış açıq hava məkanında dövlət qurumları və özəl sektor nümayəndələri ilə görüşlər, təhsil və karyera imkanları, rəqəmsal bacarıqlar, vətənpərvərlik, sağlam həyat tərzi və yaradıcılığın inkişafı istiqamətində maarifləndirici sessiyalar təşkil olunub.
"Səyyar Gənclər Xidməti" layihəsi Şəkidə iyunun 27-dək davam edəcək.
Qeyd edək ki, Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə bu il Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Xızı, Lənkəran, Astara, Lerik, Yardımlı, Salyan, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Laçın, Zəngilan və Füzuli rayonlarından olan 8 mindən çox gənci əhatə edəcək.
Oxşar xəbərlər
Nazir müavini gənclər və idman idarələrinin rəisləri ilə görüşüb
Gənclərə dəstək çərçivəsində üstünlük veriləcək layihələr açıqlanıb
Qarabağda İctimai Vəkillik Platforması” layihəsinin icrası uğurla davam edir.
"Hər xatirəsi Vətəndir" layihəsi uğurla başa çatıb
Fərid Qayıbov: Şuşada keçirilən beynəlxalq tədbirlərdə gənclər fəal iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
