“Zeytun Bağları” ətraf mühitin qorunmasına töhfə verməyə davam edir
sizinxeber.az xəbər saytı

“Zeytun Bağları” ətraf mühitin qorunmasına töhfə verməyə davam edir


“Zeytun Bağları” markası ekoloji dəyərlərə sadiqliyini davam etdirərək növbəti sosial məsuliyyət təşəbbüsünü həyata keçirib. Bu dəfə marka Xəzər dənizinin Şüvəlan sahilində təmizlik aksiyası keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən aksiyada “Zeytun Bağları” brendinin əməkdaşları ilə yanaşı, Azersun Holdinqin müxtəlif kateqoriyalarını təmsil edən əməkdaşlar və eləcə də könüllü ekofəallar fəal iştirak ediblər.

“Yaşıl gələcək, bizimlə gələcək” şüarını əsas tutan “Zeytun Bağları” mütəmadi olaraq ekoloji təşəbbüslərə dəstək verir. Və bu aksiyanın da əsas məqsədi yalnız sahillərin təmizlənməsi deyil, eyni zamanda cəmiyyətdə ekoloji məsuliyyət hissinin gücləndirilməsi, təbiətə qayğı mədəniyyətinin təşviqi və ətraf mühitin qorunmasının hər kəsin ortaq məsuliyyəti olduğuna diqqət çəkmək olmuşdur.

Bu təşəbbüs bir daha göstərir ki, “Zeytun Bağları” keyfiyyətli məhsulları ilə yanaşı, sosial və ekoloji məsuliyyət prinsiplərinə sadiq qalan brend olaraq fəaliyyətini davam etdirir.

Bu baxımdan, hər kəsi ətraf mühitə qarşı həssas olmağa, istirahət etdikləri məkanları təmiz saxlamağa və təbiətin qorunmasına öz töhfəsini verməyə çağırırıq.

Birlikdə daha təmiz sahillər və daha yaşıl gələcək naminə!

Oxşar xəbərlər

FHN-in regional mərkəzləri ağacəkmə aksiyası keçirib
Bank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirilib - FOTO
FHN “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti dəfə ağacəkmə aksiyası keçirib
Sumqayıtda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə sahilyanı təmizlik aksiyaları keçirilib - FOTO
Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər