Toxumçuluğun inkişafında sertifikatlı toxumdan istifadənin əhəmiyyəti ilə bağlı sahə günü keçirilib
sizinxeber.az xəbər saytı

Toxumçuluğun inkişafında sertifikatlı toxumdan istifadənin əhəmiyyəti ilə bağlı sahə günü keçirilib


Aqrar Xidmətlər Agentliyi dövlət–özəl sektor əməkdaşlığı çərçivəsində İsmayıllı rayonunda yeni fəaliyyətə başlayan İvanovka Aqroparkında "Toxumçuluğun inkişafında sertifikatlı toxumdan istifadənin əhəmiyyəti" mövzusunda sahə günü keçirilib.

"Report"un İsmayıllıya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə media nümayəndələri, fermerlər, yerli seleksiyaçılar, toxum istehsalçıları və aqrar sahə üzrə mütəxəssislər iştirak ediblər.

Tədbir Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulan toxumçuluğun (tingçiliyin) inkişafı üzrə hüquqi, institusional və dəstək tədbirlərinin icrası çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi ölkədə toxumçuluğun inkişafını təşviq etmək, fermerlər arasında sertifikatlı toxumlardan istifadənin genişləndirilməsi, yerli sortların tanıdılması, müasir aqrotexniki tədbirlərin nümayiş etdirilməsi, eləcə də dövlət–özəl sektor əməkdaşlığının aqrar sahənin inkişafına verdiyi töhfələrin iştirakçıların diqqətinə çatdırılması olub.

Sahə günü çərçivəsində iştirakçılar İvanovka Aqroparkında yaradılmış toxumluq əkin sahələri və yerli sortlarla tanış olublar. Onlara sortların məhsuldarlığı, torpaq-iqlim şəraitinə uyğunluğu və xəstəliklərə davamlılığı barədə məlumat verilib. Bildirilib ki, aqroparkda növbəli əkin sistemi və izolyasiya qaydalarına riayət olunması yüksək keyfiyyətli toxum istehsalına şərait yaradır. Eyni zamanda qeyd olunub ki, yerli şəraitə uyğun sortların yaradılması və sertifikatlı toxumlardan istifadə məhsuldarlığın artırılmasına, məhsul itkilərinin azaldılmasına və toxumçuluq potensialının gücləndirilməsinə mühüm töhfə verir. Aqrar Xidmətlər Agentliyinin həyata keçirdiyi aprobasiya, laborator analiz və sertifikatlaşdırma tədbirlərinin də fermerlərin keyfiyyətli toxumlarla təminatında mühüm rol oynadığı vurğulanıb.

Ötən il Aqrar Xidmətlər Agentliyi 80 min tondan çox toxum və 7 milyona yaxın ting sertifikatlaşdırılıb.

Oxşar xəbərlər

Naxçıvanda toxum sərgi-satış yarmarkası keçirilib
Fikrət Feyziyev: "Sertifikatlı toxum əkən fermer yüksək məhsuldarlıq əldə etmək imkanına malikdir"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Ceyhun Cəlilov: "Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir"
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər