Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
Azərbaycan coğrafi yerləşməsi baxımından Airbus şirkəti üçün mühüm əhəmiyyət daşıyan ölkələrdən biridir.
"Sizinxeber.az-Economics"in Hamburqa ezam olunmuş müxbiri xəbər verir ki, bunu Airbus şirkətinin nümayəndəsi Malhar Pens Azərbaycan Hava Yolları (AZAL) üçün ilk “Airbus A321neo” təyyarəsinin təqdimatı çərçivəsində keçirilən brifinqdə deyib.
O bildirib ki, Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ölkəni aviasiya baxımından strateji mərkəzlərdən birinə çevirir.
“Azərbaycan coğrafi mövqeyinə görə Airbus üçün mühüm ölkədir. Ölkə Şərqlə Qərb arasında körpü rolunu oynayır və bu da hava nəqliyyatının inkişafı baxımından böyük üstünlüklər yaradır”, - deyə Malhar Pens qeyd edib.
Şirkət rəsmisinin sözlərinə görə, Airbus Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə və ölkənin mülki aviasiya sektorunun inkişafına dəstək verməyə xüsusi önəm verir.
Oxşar xəbərlər
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
AZAL “AerCap” şirkətindən 6 yeni “Airbus” təyyarəsini əməliyyat lizinqinə götürəcək
AFP: "Airbus A380" təyyarələrində çatlar aşkarlanıb
Rusiyadan Abxaziyaya uçuşlar başlayacaq
AZAL: "2032-ci ilə qədər aviaparka yeni “Airbus” və “Boeing” təyyarələri daxil olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
