AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
sizinxeber.az xəbər saytı

AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib


Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Bakıda səfərdə olan Asiya Ağırlıqqaldırma Federasiyasının və Qətər Ağırlıqqaldırma Federasiyasının prezidenti Muhammed Yousef Al Mana ilə görüşüb.

"Report" xəbər verir ki, AAF-ın vitse-prezidenti Firdovsi Umudovun da iştirak etdiyi görüşdə bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

Səfəri haqqında məmnunluqla danışan qonaq, Azərbaycanın nümunəvi idman ölkəsi olduğunu diqqətə çatdırıb. AAF prezidenti Kamran Nəbizadə, Muhammed Yousef Al Mananı Bakıda görməkdən məmnun olduğunu bildirib. Federasiya prezidenti qeyd edib ki, Azərbaycanda idman sahəsinə, o cümlədən ağırlıqqaldırma növünün inkişafına dövlət səviyyəsində qayğı göstərilir.

K. Nəbizadə xatırladıb ki, Azərbaycan Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Mərkəzi statusuna sahibdir və bu mənada qarşılıqlı təmasların genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu müddət ərzində bir neçə ölkənin idmançılarının Bakıda təlim-məşq toplanışı keçdiyini vurğulayan K. Nəbizadə təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Oxşar xəbərlər

Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidentini qəbul edib
Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının konqresində iştirak edir
EWF prezidentinin Bakıya səfəri zamanı beynəlxalq yarışların Azərbaycanda təşkili müzakirə olunub
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının sabiq prezidenti vəfat edib
Azərbaycan Avropa üzrə Beynəlxalq Tədris Mərkəzinin təşkil edilmə hüququna yiyələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər