Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək


İyunun 30-da saat 09:00-da Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerik rayonunda vətəndaşları qəbul edəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbul Lerik Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) baş tutacaq.

Qəbulda Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşların müraciətləri cavablandırılacaq, müvafiq tədbirlər görüləcək.

Qəbulunda iştirak etmək istəyənlər DAİM-ə (051-512-57-88) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin qurumun Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Oxşar xəbərlər

Məcnun Məmmədov Masallıda vətəndaşları qəbul edəcək
Məcnun Məmmədov Beyləqanda vətəndaşları qəbul edəcək
Məcnun Məmmədov Hacıqabulda vətəndaşları qəbul edəcək
Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul edəcək
 Məcnun Məmmədov Ağcabədidə vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər