Dünyada ən uzun fasiləsiz sərnişin reysi istifadəyə verilir
sizinxeber.az xəbər saytı

Dünyada ən uzun fasiləsiz sərnişin reysi istifadəyə verilir


Avstraliyanın "Qantas" aviaşirkəti çoxdan gözlənilən "Project Sunrise" layihəsi çərçivəsində Sidney - London marşrutunu reallaşdırır.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, dünyanın ən uzun məsafəli fasiləsiz sərnişin reysinin istifadəyə verilməsi 2027-ci ilin oktyabr ayına planlaşdırılır.

Məlumata görə 16 min kilometrdən çox uçuş məsafəsi olan bu reys ilk dəfə iki şəhəri bir dəfə də olsun eniş etmədən birləşdirəcək. Sidney və London arasında uçuşun müddəti 19 saatdan 22 saata qədər olacaq.

Bundan əlavə "Project Sunrise" layihəsi çərçivəsində Sidney - London reysindən sonra növbəti marşrut kimi Sidney - Nyu York reysi artıq təsdiqlənib. Bu reyslərin istifadəyə verilmə tarixləri gələn il elan ediləcək. "Qantas" aviaşirkəti Sidney - London marşrutu üzrə xidmət göstərəcək xüsusi olaraq təkmilləşdirilmiş ilk "Airbus A350-1000ULR" təyyarəsini artıq təqdim edib.

Qeyd edək ki, hazırda ən uzun müntəzəm fasiləsiz sərnişin reysi "Singapore Airlines"ın Sinqapur və Nyu York arasında uçuşudur: təyyarə 15 349 kilometri 19 saatdan az müddətə qət edir.

Oxşar xəbərlər

“SpaceX”in raket hissələrinin düşməsi təhlükəsinə görə “Qantas” reysləri təxirə salır
Honq Konq–London reysi ilə uçan təyyarə Bakıda məcburi eniş edib
“Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
London derbisində “Arsenal” “Çelsi”yə qalib gəlib
“AirBaltic” 4600-dən çox reysi ləğv edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər