

Taleh Nəsibov: "Bakıda keçiriləcək mundialın minifutbol tarixində ən yaxşılar sırasında olacağına inanırıq"
Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Bakıda keçiriləcək dünya çempionatının minifutbol tarixində ən yaxşılar sırasında olacağına inanır.
O, bu barədə "Sizinxeber.az"a açıqlama verib.
AMF rəsmisi mundiala hazırlıqların tam sürətlə davam etdiyini bildirib:
"Azərbaycan Minifutbol Federasiyası bu cür məsuliyyətli yarışa Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqasının birgə dəstəyi ilə hazırlaşır. Bildiyiniz kimi, mayın 21-də mundialın təntənəli açılış mərasimi keçiriləcək. Burada xalq artisti Aygün Kazımova və türkiyəli pop ulduzu Aleyna Tilkinin çıxışı dəqiqdir. Ulduz qonaqla bağlı məsələ hələ ki, dəqiqləşməyib. Danışıqlar gedir. Bundan başqa, mayın 19-da Milli Gimnastika Arenasında daha bir sürpriz olacaq. Bu da minifutbol azarkeşləri üçün olduqca maraqlı bayramdır. Bu barədə bizim mətbuat xidməti yaxın günlərdə ətraflı məlumat verəcək".
T.Nəsibov Milli Gimnastika Arenasında hazırlıq işlərinin davam etdirildiyini bildirib:
"İki həftədən sonra tamamlanma işlərinə yekun vurulacaq".
İcraçı vitse-prezident Azərbaycan millisinin dünya çempionatındakı hədəflərindən də söz açıb:
"Düşünürük ki, dünya çempionatını doğma arenada keçiririksə, deməli, hədəf ən üst yerlər olmalıdır. Komandamızın Avropa çempionluğunu nəzərə alsaq, bunun real olduğunu görə bilərik. İlk növbədə hədəfimiz yarışı tam ədalətli və eyni zamanda ölkəmizə yaraşan şəkildə keçirməkdir. Daha sonra isə millimizin mükafatçılar sırasında görmək arzusundayıq. Fürsətdən istifadə edib bütün azarkeşləri Milli Gimnastika Arenasına dəvət edirik. Milli komandamızın güclü azarkeş dəstəyinə ehtiyacı var".
Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.
Oxşar xəbərlər
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb
Bakıdakı mundialın mükafatçısı olacaq hər komanda üçün 25 medal hazırlanıb
Azərbaycan minifutbol millisinin Bakıda keçiriləcək mundiala hazırlıq planı müəyyənləşib
Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Bakıdakı mundialda daha güclü və qalib komanda görəcəksiniz"
Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
