TBMM Azərbaycan və Türkiyə arasında hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Memorandumu təsdiqləyəcək
sizinxeber.az xəbər saytı

TBMM Azərbaycan və Türkiyə arasında hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Memorandumu təsdiqləyəcək


Türkiyə Böyük Millət Məclisi “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nu təsdiqləyəcək.
Bunu APA-ya açıqlamasında TBMM sədri Numan Kurtulmuş bildirib.
Numan Kurtulmuş deyib ki, imzalanan beynəlxalq sənədlər planlaşıdırılan qrafiqə uyğun olaraq müzakirəyə çıxarılaraq ratifikasiya edilir: “İmzalanan beynəlxalq sənədlər mütləq TBMM-də qəbul edilir və qüvvəyə minir”.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” 2025-ci il iyulun 22-də İstanbul şəhərində imzalanıb, 2025-ci ilin dekabrında Milli Məclis tərəfndən ratifikasiya edilib.

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, memorandum imzalanıb - YENİLƏNİB
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, memorandum imzalanıb
TBMM sədri: Beynəlxalq platformalarda həmrəy olduğumuz qardaş Azərbaycanla hər zaman çiyin-çiyinəyik
Azərbaycan və Türkiyənin qarşılıqlı hərbi təhlükəsizliyə dair Memorandum imzalamasının səbəbi məlum olub
Azərbaycanla Latviya arasında vergi tələblərinə dair Anlaşma Memorandumu təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər