BMT Forumunda Azərbaycanda sosial islahatların uğurları barədə məlumat verilib
sizinxeber.az xəbər saytı

BMT Forumunda Azərbaycanda sosial islahatların uğurları barədə məlumat verilib


Gürcüstanın Tbilisi şəhərində BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimi olub. Tədbirdə 100-ə yaxın ölkədən 420 nümayəndə, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti iştirak edir.

Bu barədə Sizinxeber.az-ya ƏƏSMN-dən məlumat verilib.

Məlumatda qeyd edilib ki, açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze, ədliyyə naziri Paata Salia və BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua çıxış edərək Forumun əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində "Heç kəsi geridə qoymamaq üçün inteqrasiya olunmuş xidmət göstərmə sistemləri" mövzusunda keçirilən panel iclasında DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev əlçatan və insan mərkəzli ictimai xidmətlərlə bağlı məruzə ilə çıxış edib. O, Azərbaycanda son illər sosial sığorta və sosial təminat sahəsində aparılan islahatların uğurları, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə məlumat verib.Azərbaycanda dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması və proaktiv qaydada göstərilməsi, bu xidmətlərin göstərilməsi prosesində operativliyin və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində əldə olunan nailiyyətlər, habelə ölkəmizin sığorta-pensiya və sosial təminat sistemi ilə bağlı hədəflər diqqətə çatdırılıb.Forumun digər sessiyalarında rəqəmsal inklüzivlik və iştirakçı idarəetmə vasitəsilə inklüziv dövlət idarəçiliyinin inkişafı, hökumətin hesabatlılığının və ictimai etimadın gücləndirilməsi üçün şəffaflıq mexanizmləri müzakirə olunub.

Bununla yanaşı, inklüziv, innovativ və gələcəyə hazır dövlət qurumları üçün bərabər iştirakın təşviqi, bu sahəni inkişaf etdirmək üçün rəqəmsal transformasiyanın idarə edilməsi, dövlət xidmətlərinin göstərilməsi üçün rəqəmsal ictimai infrastruktur və s. mövzularda çıxışlar edilib. Əlçatan və insan mərkəzli ictimai xidmətlər, dezinformasiyaya qarşı mübarizə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

DSMF-yə yeni sədr təyin olunub
DSMF ilə Səudiyyə Ərəbistanının Sosial Sığorta üzrə Baş Təşkilatı arasında gələcək əməkdaşlıq müzakirə olunub
DSMF sədri İSSA-nın Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumunda iştirak edib
DSMF-nin xərcləri artıb
Kobaxidze İtaliyaya səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər