Prezident İlham Əliyevin IsDB toplantısında çıxışı xarici investorlar üçün siqnal oldu - RƏY
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyevin IsDB toplantısında çıxışı xarici investorlar üçün siqnal oldu - RƏY


Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun (IsDB) 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışı xarici investorlar üçün siqnal oldu.

Bunu "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.

Onun sözlərinə görə, dövlət başçısının çıxışı əsasən Azərbaycanın iqtisadi nailiyyətlərini, beynəlxalq əməkdaşlıqdakı rolunu və İslam dünyası ilə əlaqələrinin inkişafı üzərində qurulmuşdu:

"Prezident İlham Əliyev Azərbaycanın son 15 ildə əhəmiyyətli dəyişikliklər keçdiyini vurğulayaraq ölkənin siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq əlaqələr baxımından daha güclü mövqeyə yüksəldiyini qeyd edib. Dövlət başçısı çıxışı zamanı Azərbaycanın qlobal və regional proseslərdə mühüm aktora çevrildiyini xüsusi olaraq bildirib. İlham Əliyev çıxışında neft-qaz sektorundan asılılığın azaldılması və qeyri-neft iqtisadiyyatının inkişafı xüsusi yer tuturdu. Prezident çıxışındakı mesajlar xarici investorlar və beynəlxalq maliyyə institutları üçün Azərbaycanın uzunmüddətli iqtisadi sabitliyinə dair bir siqnal oldu".

Deputat bildirib ki, Prezident İlham Əliyev İslam İnkişaf Bankının Azərbaycanda həyata keçirilən layihələrə və islahatlara verdiyi dəstəyi yüksək qiymətləndirib:

"Eyni zamanda, tədbirdə "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi üzrə Çərçivə sazişi, "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi üzrə Qrant Sazişi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikası üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanmasına dair Anlaşma Memorandumu" imzalanıb. Bu sənədlərin imzalanması əməkdaşlığın daha da yüksəlməsindən xəbər verir. İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlıq uzun illərdir davam edir və bu müddət ərzində müxtəlif layihələr həyata keçirilib. İslam İnkişaf Bankı Qarabağda avtomobil yolları, nəqliyyat infrastrukturu və hətta dəmir yolları da daxil olmaqla bir çox sahələrdə Azərbaycan höküməti ilə əməkdaşlıq edib. İndi tədbirdə imzalanan sənədlər əməkdaşlığın əhatə dairəsini genişləndirməklə yanaşı, inkişafının da davamlılğını təmin edəcək".

Oxşar xəbərlər

İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
İlham Əliyevin IsDB toplantısında çıxışı iqtisadiyyatda yeni prioritetlərin müəyyənləşdiyini göstərir - RƏY
İlham Əliyevin IsDB toplantısında səsləndirdiyi rəqəmlər Azərbaycanın iqtisadi uğurlarını əks etdirir - RƏY
Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"
Bakıda IsDB Qrupunun illik toplantısında yeni sazişlər imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər