TBMM sədri: İƏTPİ Konfransına sədrliyin Azərbaycana keçməsi bizim üçün son dərəcə əhəmiyyətlidir
sizinxeber.az xəbər saytı

TBMM sədri: İƏTPİ Konfransına sədrliyin Azərbaycana keçməsi bizim üçün son dərəcə əhəmiyyətlidir


İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransına sədrliyin Azərbaycana keçməsi bizim üçün son dərəcə əhəmiyyətlidir.

APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda jurnalistlərə açıqlamasında deyib.

TBMM sədri bildirib ki, bu toplantının Bakıda keçirilməsi Türkiyə üçün olduqca xüsusi əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, dünyanın bu qədər böyük sarsıntılar yaşadığı, böyük təlatümlərdən keçdiyi bir dövrdə İslam dünyasının vəziyyəti həqiqətən də olduqca önəmlidir: “Təkqütblü dünya sisteminin mövcud olması mümkün deyil. Heç bir ölkənin, heç bir regionun dünyanı təkbaşına idarə etməsi mümkün deyil. Yeni bir dövr başlayır. Əslində bu müharibələr, gərginliklər və problemlər yeni bir dünyanın yaranma sancılarıdır. Yeni dünyanın izləri ortaya çıxır. Burada tamamilə yeni mərkəzlər yaranacaq. Çoxqütblülükdən, daha doğrusu, çoxmərkəzlilikdən danışmaq daha doğru olar. Çoxmərkəzli dünyanın formalaşması ilə yeni bir mərhələyə daxil oluruq. Bu prosesdə İslam dünyası həqiqətən böyük potensiala, çox mühüm imkanlara malik olan bir bölgədir. 2 milyarda yaxın əhalisi var və dünyanın demək olar ki, bütün strateji keçid nöqtələri İslam dünyasının üzərindən keçir. Həm enerji xətləri baxımından, həm də qlobal siyasətdəki güc mərkəzləri baxımından bunu deyirəm. Buna görə də bunun fərqinə varmaq lazımdır”.

Numan Kurtulmuş islam dünyasını bir olmağa səsləyib: “Təəssüf ki, mövcud vəziyyət göstərir ki, biz hələ bu potensialdan tam istifadə edə biləcəyimiz nöqtədə deyilik. İlk növbədə İslam ölkələri arasındakı fikir ayrılıqları, siyasi fərqlər, etnik və məzhəbi müxtəlifliklər qarşıdurmaya çevrilməməlidir. Əgər belə yanaşsaq, bu prosesdə həqiqətən də ciddi şəkildə təsirli ola bilərik”.

Oxşar xəbərlər

TBMM-də “Terror­suz Türkiyə” Komissiyası işə başlayıb
Numan Kurtulmuş: İƏT kimi beynəlxalq platformalarda islahatlara ehtiyac var
Türkiyə TBMM-də “Terror­suz Türkiyə” Komissiyası işə başlayıb
Sahibə Qafarova TBMM-in sədrini təbrik edib
TBMM sədri: Beynəlxalq platformalarda həmrəy olduğumuz qardaş Azərbaycanla hər zaman çiyin-çiyinəyik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər