Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
sizinxeber.az xəbər saytı

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə bağlı apardığı araşdırmanı yekunlaşdırıb.

"Report" bu barədə Antiinhisar Dövlət Agentliyinə istinadən xəbər verir

Məlumata görə, araşdırma Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtında rəqabət orqanına təqdim edilməməsi ilə bağlı aparılıb.

Bununla belə, araşdırma yekunlaşana qədər qanunvericiliyin pozulması halı könüllü şəkildə aradan qaldırılıb. Bununla əlaqədar Antiinhisar Dövlət Agentliyi araşdırmaya xitam verilməsi barədə qərar qəbul edib.

Oxşar xəbərlər

Dövlət Agentliyi: Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb
Dövlət Agentliyi “Baku Electronics”in fəaliyyətini araşdırıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yeni səlahiyyət verilib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər