Nazir: Pambıq regionlarda gəlirlərin sabitləşdiricisi kimi çıxış etməkdədir
2025-ci ildə 100,5 min hektar sahədə pambıq əkini aparılıb ki, bu da birillik əkinlərin təxminən 6,3%-ni təşkil edib. Ölkə üzrə orta məhsuldarlıq 36,1 sent/ha, istehsal həcmi isə 362,9 min ton olub.
APA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahədə Dövlət Proqramı çərçivəsində Sabirabadda keçirilən regional müşavirədə deyib.
Nazir qeyd edib ki, pambığın əsas emal məhsullarından olan mahlıcın istehsalı 97,0 min ton, iplik istehsalı 22 min ton, parça istehsalı isə 33,6 milyon m2 təşkil etmişdir. Həmçinin 2025-ci ildə ölkədən 114,3 min ton mahlıc, 15,1 min ton iplik və 12,8 milyon m2 parça ixrac edilib. 2025-ci ildə pambıqçılığın ümumi kənd təsərrüfatı və emalı ixracında tutduğu pay 13,3% olub:
"Eyni zamanda pambıq istehsalının ümumi aqrar istehsalda payı 2%, pambıq əkinlərinin ümumi əkinlərdə payı 6% olmuşdur. Həmçinin nəzərinizə çatdırmaq istərdim ki, 2025-ci ildə pambıq istehsalı və emalı sahəsində təxminən 50 min daimi və mövsümi işçi qeydə alınmışdır ki, bu da təxminən 200-300 min nəfər insanın həyat səviyyəsinə birbaşa təsir etmişdir. Beləliklə, pambıq regionlarda gəlirlərin sabitləşdiricisi kimi də çıxış etməkdədir".
O da qeyd olunub ki, 2015-ci illə müqayisədə 2025-ci ildə pambığın əkin sahəsi 5,4 dəfə artıb. 2015-ci illə müqayisədə 2025-ci ildə pambıq istehsalı 10,3 dəfə artıb.
2015-ci illə müqayisədə 2025-ci ildə pambığın məhsuldarlığı 2 dəfəyə yaxın yüksəlib.
Nazir bildirib ki, pambıq üzrə ən çox əkin sahələrinə malik rayonlar Saatlı (12,6 min ha), Ağcabədi (11,8 min ha) və Sabirabad (11,1 min ha) rayonlarıdır. 2025-ci ildə ümumi pambıq əkinlərinin 35,3%-i bu üç rayonun payına düşüb. Pambıq istehsalında lider rayonlar Saatlı (45,7 min ton), Ağcabədi (41,3 min ton) və Beyləqan (37,5) rayonlarıdır. 2025-ci ildə ümumi pambıq istehsalının 34,3%-i bu üç rayonun payına düşüb.
Məhsuldarlıq göstəricilərinə görə lider rayonlar isə Beyləqan (4,2 ton/ha), Biləsuvar (4,1 ton/ha) və Neftçala (4,0 ton/ha) rayonları olub.
Oxşar xəbərlər
Nazir: Havaların yağıntılı olması pambıq yığımına təsir edib
Naxçıvanın aqrar sektoru üzrə göstəricilər açıqlanıb
Azərbaycanda bu il 100 min hektara yaxın ərazidə pambıq əkilib
Nazir: Dövlət Proqramı üzrə tələb olunan investisiya həcmi 5,9 milyard manat qiymətləndirilir
İcra başçısı: Şəmkirdə aqrar sahədə ciddi irəliləyiş əldə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
