sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıdakı mundialın mükafatçısı olacaq hər komanda üçün 25 medal hazırlanıb
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının mükafatçısı olacaq hər komanda üçün 25 medal hazırlanıb.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.
O, medallarla bağlı detalları açıqlayıb:
"Medallar ölkəmizdə hazırlanıb. Çəkisi tam yadımda qalmayıb. Diametri 8 sm-dir. Dünya Minifutbol Federasiyasının normativinə əsasən belədir. Hər əyardan 25 ədəddir. Beynəlxalq qurum minimum bu qədər olmasını istəyib. Amma komandalardan hansısa istəsə, yenidən sifariş verə bilərik".
Qeyd edək ki, dünya çempionatı mayın 22-dən iyunun 1-dək keçiriləcək. Oyunlar Milli Gimnastika Arenasında baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan Minifutbol Federasiyasının prezidenti: "İnanıram ki, millimiz dünya çempionatında layiqli çıxış edəcək"
Avropa və dünya mükafatçısı Milli Gimnastika Arenasında "ustad dərsi" keçəcək
Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasiminin tarixi bəlli olub
Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











