AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
Bu gün Almaniyanın Hamburq şəhərində Azərbaycan Hava Yolları (AZAL) üçün nəzərdə tutulan ilk “Airbus A321neo” təyyarəsinin AerCap şirkətindən lizinq əsasında təhvil verilməsi mərasimi keçirilir.
"APA-Economics"in Hamburqa ezam olunmuş əməkdaşı xəbər verir ki, təqdimat mərasimindən əvvəl media nümayəndələri üçün brifinq təşkil olunub.
Brifinqdə çıxış edən Airbus şirkətinin nümayəndəsi Malhar Pens bildirib ki, şirkətin əsas məqsədi ən yeni innovasiyalar vasitəsilə dünyanı birləşdirmək və dayanıqlı aviasiyanın inkişafına töhfə verməkdir.
O qeyd edib ki, AZAL-ın donanmasına daxil edilən yeni “A321neo” təyyarələri 244 sərnişin tutumuna malikdir və dayanmadan 10 saata qədər uçuş həyata keçirə bilir.
“Artıq A320 seriyası üzrə 20 100-dən çox təyyarə satılıb, onların 12 600-ü müştərilərə təhvil verilib. Son illərdə bir çox hava şirkətlərinin əsas seçimi "A321neo" təyyarələridir. Bu təyyarələr 20 faiz daha az yanacaq sərfiyyatına malikdir. Bu da sərnişinlər üçün biletləri daha münasib edir”, - deyə şirkət rəsmisi vurğulayıb.
Daha sonra iştirakçılar yeni “Airbus A321neo” təyyarəsi ilə yaxından tanış olacaqlar.
Qeyd edək ki, mərasimə Airbus şirkətinin A320 ailəsi proqramının rəhbəri Christoph Zammert ev sahibliyi edir.
Oxşar xəbərlər
AZAL “AerCap” şirkətindən 6 yeni “Airbus” təyyarəsini əməliyyat lizinqinə götürəcək
AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür
AZAL: "2032-ci ilə qədər aviaparka yeni “Airbus” və “Boeing” təyyarələri daxil olacaq"
AZAL-ın aviasiya tarixinə yeni səhifə açmasından 33 il ötür - FOTO
AZAL Bakı-Moskva-Bakı reysi üzrə uçuşları bərpa edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
