Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
sizinxeber.az xəbər saytı

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb


Yevlax rayonunda bir nəfər suda batıb.

Sizinxeber.az-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Yevlax rayonunun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirovun Yuxarı Qarabağ su kanalının Malbinəsi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunur.

Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Hazırda nəzarətsiz ərazidə axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Beyləqanda 65 yaşlı kişi kanalda batıb
Yuxarı Qarabağ kanalında meyit tapılıb - YENİLƏNİB
Beş gün əvvəl itkin düşən şəxsin meyiti Yuxarı Qarabağ kanalında tapılıb - YENİLƏNİB
Ağcabədi və Hacıqabulda kanalda iki nəfər batıb - YENİLƏNİB
Bərdədə 31 yaşlı kişi kanalda batıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər