Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatının Bakıda keçirilməsi böyük idman hadisəsidir"
Dünya çempionatının Bakıda keçirilməsi böyük idman hadisəsidir.
"Report" xəbər verir ki, bunu Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan “Fan Zona”nın ardından jurnalistlərə açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib.
Mütəxəssis turnirə ciddi hazırlaşdıqlarını bildirib.
"Belə bir mötəbər yarışın ölkəmizə keçirilməsi çox sevindiricidir. Komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. Yarışa ciddi hazırlaşırıq. Yığmada taktiki texniki cəhətdən müəyyən dəyişikliklər etmişik. İnanırıq ki, sonda hər şey bizim xeyirimizə olacaq. Əsas hədəfimiz qrupdan çıxmaqdır. Yalnız qrupdan çıxdıqdan sonra əsas hədəfə çatmağa çalışacağıq".
Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.
Oxşar xəbərlər
Azərbaycanın minifutbol millisinin baş məşqçisi Monteneqro ilə matçı dəyərləndirib
Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Bakıdakı mundialda daha güclü və qalib komanda görəcəksiniz"
Taleh Nəsibov: "Bakıda keçiriləcək mundialın minifutbol tarixində ən yaxşılar sırasında olacağına inanırıq"
Azərbaycan minifutbol millisinin Bakıda keçiriləcək mundiala hazırlıq planı müəyyənləşib
Azərbaycan millisinin baş məşqçisi: “Dünya çempionatında hədəfimiz qrupdan çıxmaqdır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













