Rizvan Nəbiyev: Qərbi azərbaycanlıların qayıdış məsələsi artıq hüquqi müstəvidə irəliləyir
Qərbi azərbaycanlıların qayıdış məsələsi artıq hüquqi müstəvidə irəliləyir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev "Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası və insan hüquqları" adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdış məsələsi uzun müddət əsasən humanitar aspektdə müzakirə olunub:
"Artıq qayıdışın hüquqi baxımdan həlli istiqamətində BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasında çoxsaylı sənədlər yayılıb, həmçinin parlament diplomatiyası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində müvafiq sənədlər qəbul olunub. Qərbi azərbaycanlıların deportasiyasından sonra və Ermənistan müstəqillik əldə etdikdən sonra onlara vətəndaşlıq hüququ verilib".
R.Nəbiyev bildirib ki, 1998-ci ildə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanun qəbul edilərkən Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülən təşəbbüsə əsasən, Azərbaycan vətəndaşlığını alan və 1988–1992-ci illərdə ölkəyə qaçqın kimi gələn şəxslərin öz tarixi torpaqlarına qayıtmaq hüququ qorunub saxlanılıb:
"Məsələnin mürəkkəb tərəflərindən biri Ermənistan cəmiyyətində qayıdacaq azərbaycanlıların təhlükəsiz yaşayışının təmin edilməsidir. Çünki uzun illər ərzində azərbaycanlılara qarşı düşmən obrazı formalaşdırılıb və aparılan araşdırmalar bunun əsas səbəblərindən birinin Ermənistanın təhsil sistemində istifadə olunan dərsliklər olduğunu göstərir. Həmin dərsliklərdə uzun müddət kollektiv düşmən obrazının yaradılması bu gün də öz təsirini göstərməkdədir".
Oxşar xəbərlər
Əziz Ələkbərli: Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına şərait yaratmalıdır
Tədqiqatçı: Qərbi azərbaycanlıların qayıdış hüququnun bərpası digər xalqlara nümunə olacaq
VK sədri: Qərbi azərbaycanlıların deportasiyası faktları hüquqi müstəvidə araşdırılmalıdır
Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb
Qərbi Azərbaycan İcması QH Parlament Şəbəkəsinə ədalətli mövqeyə görə təşəkkür edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
