Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
sizinxeber.az xəbər saytı

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək


Bakıda gələn həftə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək.

"Sizinxeber.az" xəbər verir ki, 29-30 iyunda olacaq konfrans Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində" mövzusunda baş tutacaq.

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk dünyası həftəsi" çərçivəsində reallaşacaq elmi konfransın təşkilatçıları Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumudur.

Konfransda Azərbaycanın nüfuzlu alimləri ilə yanaşı, ölkəmizə dəvət olunmuş nüfuzlu türkoloq-alimlərin, eləcə də türk dövlətlərinin rəsmi nümayəndələrinin, ictimai-siyasi, elm, təhsil və mədəniyyət xadimlərinin iştirakı nəzərdə tutulur.

Konfransın açılış mərasimi və panel sessiyalar iyunun 29-da Heydər Əliyev Mərkəzində, bölmə iclasları iyunun 30-da BDU-da təşkil olunacaq.

Oxşar xəbərlər

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" keçiriləcək
İyunda Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək
TÜRKPA baş katibi 5-ci Antalya Diplomatiya Forumunun sonuncu günündə çıxış edib
Gələn ay Bakıda mühüm tədbir keçiriləcək
Parisdə "Divani-Lüğat-ət-Türk" əsərinə həsr olunmuş elmi konfrans keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər