"Araz-Naxçıvan" İbrahim Piriyevlə müqavilənin müddətini uzadıb
sizinxeber.az xəbər saytı

"Araz-Naxçıvan" İbrahim Piriyevlə müqavilənin müddətini uzadıb


"Araz-Naxçıvan" klubu futbolçusu İbrahim Piriyevlə müqavilənin müddətini uzadıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.

İ.Piriyev 2025/2026 mövsümündə "Araz-Naxçıvan"ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan oyunçu "Zirə" ilə Misli Premyer Liqasının son turunda keçirilmiş matçda debut edib.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

Oxşar xəbərlər

"Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb
"Araz-Naxçıvan" Qara Qarayev və Slavik Alxasovun müqaviləsinin müddətini uzadıb
"Araz-Naxçıvan" daha bir oyunçusu ilə müqavilənin müddətini uzadıb
"Araz-Naxçıvan" daha iki futbolçu ilə müqavilənin müddətini uzadıb
"Araz-Naxçıvan" braziliyalı müdafiəçisi ilə müqavilənin müddətini uzadıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər