Bakı Limanında quru yük aşırılması 77% artıb
sizinxeber.az xəbər saytı

Bakı Limanında quru yük aşırılması 77% artıb


2026-cı ilin ilk 5 ayı ərzində Bakı Limanında aşırılan quru yükün həcmi 950 203 ton təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 77% artım deməkdir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) "APA-Economics"ə verilən məlumata görə, aşırılan yüklərin əsas hissəsini Türkmənistandan gətirilərək Azərbaycan üzərindən tranzit daşınan kükürd və karbamid təşkil edib. Bununla yanaşı, Qazaxıstandan ixrac olunan mis, sink və digər əlvan metal məhsullarının daşınmasında da Bakı Limanının rolu əhəmiyyətli dərəcədə artıb.

Mövcud tendensiya və bazar iştirakçılarının yükdaşıma planları nəzərə alınaraq, növbəti aylarda da quru yük seqmentində artım dinamikasının davam edəcəyi proqnozlaşdırılır.

Oxşar xəbərlər

Bakı Limanında quru yük aşırılması 77 % artıb
Bakı Limanı ötən il yükaşırmanı 3%-dən çox artırıb
Bakı Beynəlxalq Dəniz Limanında aşırılan yükün həcmi 6 %-dən çox artıb
Azərbaycan ərazisi ilə Orta Dəhlizlə yük daşımaları 7% artıb
Azərbaycanda dənizlə daşınan yüklərin təxminən 48%-i neftin payına düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər