WHO fövqəladə hallara müdaxilə üçün xüsusi sukuk mexanizmini araşdırır
sizinxeber.az xəbər saytı

WHO fövqəladə hallara müdaxilə üçün xüsusi sukuk mexanizmini araşdırır


Ümumdünya Səhiyyə Təşkilatı (WHO) fövqəladə vəziyyətlərə reaksiya məsələlərinin həllinə yönəlmiş xüsusi sukuk alətlərinin tədqiqi istiqamətində fəaliyyət aparır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə WHO-nun Şərqi Aralıq dənizi Regional Ofisinin direktoru Hanan Balhi (Hanan Balkhy) Bakıda təşkil olunan İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirələrdə bildirib.

O qeyd edib ki, dəstək və maliyyə mənbələrinin şaxələndirilməsinə ən çox ehtiyac duyulan sahələrdən biri fövqəladə hallara müdaxilə sahəsidir: "WHO, bir qayda olaraq, büdcəsinin təqribən 20 %-ni müəyyən olunmuş ödənişlər hesabına, qalan 80 %-ni isə könüllü töhfələr vasitəsilə əldə edir. Bu səbəbdən könüllü töhfələrin əksəriyyəti ya tematik yönümlü olur, ya da konkret sahələrə ayrılır ki, bu da bizim üzv dövlətlərlə əməkdaşlıq imkanlarımızı ciddi şəkildə məhdudlaşdırır".

H. Balhi sözlərinə əsasən, təmsil etdiyi region ən çox silahlı münaqişələrin və ən genişmiqyaslı məcburi köçün müşahidə olunduğu bölgədir: "Beləliklə, hətta səhiyyə nazirliklərinin çiyninə daha ağır yük düşür. Onların düşünmək və müzakirə aparmaq imkanı yoxdur. Onların təxirəsalınmaz tələbatları var. Belə ki, onlar yalnız ölkədaxili deyil, eyni zamanda Sudan, Suriya kimi ölkələrdən gələn məcburi köçkünlərə tibbi xidmət göstərirlər. Nəticədə, artıq zəifləmiş səhiyyə sistemlərinə malik ölkələr əlavə miqrasiya yükü ilə üzləşir. Bu baxımdan yerlərdə daha geniş müzakirələrin aparılması və irəliləyiş üçün daha aydın istiqamətlərin müəyyənləşdirilməsi böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, səhiyyə sektorunun iddia edilən və geniş müzakirə olunan artım istiqamətinə doğru irəliləyəcəyini görəcəyik".

Oxşar xəbərlər

Ahmed Rostom: "Misir İslam maliyyəsi hesabına maliyyələşmə xərclərini azaltmağa nail olub"
Türkiyəli nazir müavini: "Etiketli sukuklar davamlı inkişaf layihələrinin maliyyələşməsini sürətləndirə bilər"
Minq Çjan: Fövqəladə hallara müdaxilə mexanizmləri əvvəlcədən hazır olmalıdır
Nazir: "Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıqdan konkret nəticələr əldə edir"
Aysel Yaqubova: "Regional əməkdaşlıq Azərbaycanın enerji keçidinin əsas amilidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər