ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino: "Futbolçular böyük tərifə layiqdirlər"
sizinxeber.az xəbər saytı

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino: "Futbolçular böyük tərifə layiqdirlər"


ABŞ millisinin futbolçuları və məşqçilər heyəti yaxşı oyuna görə böyük tərifə layiqdirlər.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Maurisio Poçettino deyib.

54 yaşlı mütəxəssis Paraqvayı 4:1 hesabı ilə məğlub etdikləri dünya çempionatının qrup mərhələsinin I turunun matçı ilə bağlı fikirlərini bölüşüb:

"Çox qürur duyuram. Oyunçular və məşqçilər heyəti belə oyuna görə böyük tərifə layiqdirlər. Bu, yalnız başlanğıcdır. Hələ heç nə etməmişik. Sadəcə, ilk görüşdə qalib gəlmişik. Ağıllı olmalı və bu istiqamətdə davam etməliyik".

M. Poçettinonun sözlərinə görə, böyük turnirlərdə birinci qarşılaşmalar çətin keçir:

"Dünya çempionatına ev sahibliyi edən komandadan da gözləntilər yüksək olur. Amma biz təzyiqin öhdəsindən gələ bildik. Qarşılaşmanın ilk 45 dəqiqəsi inanılmaz idi. Bu səviyyədə oynayan komanda tapmaq çətindir. Mən çox xoşbəxtəm və qürur duyuram".

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

Maurisio Poçettino ABŞ millisinin baş məşqçisi olub
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
Mauritsio Poçettino ABŞ millisində çalışmağa razılıq verib
Füzuli Məmmədov: "Kəpəz"lə oyunda hesab daha böyük ola bilərdi"
Azərbaycan millisinin futzalçısı: "Etimadı doğrultmalı idik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər