Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurub
sizinxeber.az xəbər saytı

Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurub


Futbol üzrə Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurub.

"Sizinxeber.az" xəbər verir ki, Miroslav Koubekin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin I turunda, Cənubi Koreya ilə matçda buna nail olub.

Qarşılaşmanın 59-cu dəqiqəsində müdafiəçi Ladislav Kreyçi baş zərbəsi ilə hesabı açıb. Bu, Çexiyanın 20 ildən sonra mundiallarda ilk qoludur.

Çexiya yığması son olaraq 2006-cı ildə baş tutan turnirdə fərqlənib. Komanda həmin vaxt ABŞ-ni üç cavabsız qolla üstələyib.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

Azərbaycan millisi bu gün dünya çempionatında ilk matçına çıxacaq
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
DÇ-2026: Cənubi Koreya Çexiya üzərində əzmkar qələbə qazanıb - YENİLƏNİB-6
Miroslav Koubek: "Cənubi Koreya komandamıza qarşı hava toplarında çətinlik çəkirdi"
Azərbaycan millisi dünya çempionatında böyükhesablı qələbə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər