DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
Respublikanın bütün ümumtəhsil müəssisələrində keçirilən "Son zəng" tədbirləri ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması şəraitində başa çatıb.
DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, tədbirlərlə əlaqədar Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən əvvəlcədən hazırlanmış təhlükəsizlik planına uyğun olaraq paytaxt və bölgələrdə polis naryadlarının sayı artırılıb, məktəblərin ətrafında və məzunların kütləvi toplandığı ərazilərdə xidmət gücləndirilmiş rejimdə təşkil olunub.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, dayanma-durma qaydalarına nəzarət, məzunların və digər vətəndaşların rahat hərəkətinin təşkili istiqamətində zəruri tədbirlər görülüb. Eyni zamanda sürücülük hüququ olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməsinə qarşı profilaktik nəzarət tədbirləri həyata keçirilib.
"Görülən kompleks tədbirlər nəticəsində "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ictimai asayiş pozuntularının və ciddi hüquqazidd halların qarşısı alınıb, məzunlar bu əlamətdar günü təhlükəsiz şəraitdə qeyd ediblər.
Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyin təmin olunmasına göstərdikləri dəstəyə, qanunvericiliyin tələblərinə əməl etdiklərinə və polis əməkdaşları ilə əməkdaşlıq etdiklərinə görə valideynlərə, təhsil ictimaiyyətinə, məktəb kollektivlərinə və vətəndaşlara təşəkkür edir.
Nazirlik eyni zamanda məzunları həyatlarının bu əlamətdar mərhələsi münasibətilə təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayır", - deyə o əlavə edib.
Oxşar xəbərlər
DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib
DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib
Yol polisi “Son zəng”lə bağlı xəbardarlıq edib
Polis bayramda gücləndirilmiş rejimdə çalışacaq - VİDEO
Abşeronda dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
-
"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
