"Araz-Naxçıvan" daha iki futbolçu ilə müqavilənin müddətini uzadıb
sizinxeber.az xəbər saytı

"Araz-Naxçıvan" daha iki futbolçu ilə müqavilənin müddətini uzadıb


"Araz-Naxçıvan" klubu daha iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Bu barədə "Sizinxeber.az"a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Ötən mövsüm komandanın heyətində yer alan Elçin Mustafayev və Turan Vəlizadə daha 1 il müddətinə “qırmızı-ağlar”ın formasını geyinəcək.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə başa çatan sözləşməni yeniləyən, Bar Koen, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

Oxşar xəbərlər

"Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb
"Araz-Naxçıvan" Qara Qarayev və Slavik Alxasovun müqaviləsinin müddətini uzadıb
“Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb
"Araz-Naxçıvan" daha bir oyunçusu ilə müqavilənin müddətini uzadıb
"Araz-Naxçıvan" növbəti transferini həyata keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər