Xalid Xalafalla: "Azərbaycan Mərkəzi Asiyada İslam maliyyəsi üzrə hərəkətverici qüvvəsinə çevrilmək potensialına malikdir"
sizinxeber.az xəbər saytı

Xalid Xalafalla: "Azərbaycan Mərkəzi Asiyada İslam maliyyəsi üzrə hərəkətverici qüvvəsinə çevrilmək potensialına malikdir"


Azərbaycan bütün Mərkəzi Asiya regionu ərazisində İslam maliyyələşdirilməsinin təşviqində mərkəzi yer tutmaq potensialına malikdir.

"Report" xəbər verir ki, bunu İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun səlahiyyətlərini icra edən Xalid Xalafalla İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində jurnalistlərə deyib.

O qeyd edib ki, ICD IsDB-nin bütün üzv dövlətlərində özəl sektorun inkişafına dəstəklənməsinə mühüm töhfə verib:

"Təbii ki, biz Azərbaycanda özəl sektorun inkişafı üçün imkanlar görürük. İlk növbədə söhbət infrastruktur layihələrinin maliyyələşdirilməsindən gedir. İnfrastruktur geniş mənada, istər bərpa olunan enerji, istər telekommunikasiya və ya rəqəmsallaşma olsun, prioritet istiqamətlərdən birini təşkil edir. Digər mühüm istiqamət İslam maliyyələşdirilməsinin inkişafı və yayılmasıdır.

IsDB Qrupunun bir hissəsi olaraq, biz İslam maliyyəsinin təşviqinə töhfə verməyə çağırılmışıq. Kredit xətlərinin təqdim edilməsində bir sıra Azərbaycan bankları ilə sıx qarşılıqlı fəaliyyəti dəstəkləyirik. Biz bu sahədə əhəmiyyətli potensial görürük, çünki bu cür kredit xətləri əsasən kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib. Məhz bu istiqamət karbohidrogen sektorundan asılılığı azaldaraq, yeni iş yerlərinin yaradılmasına və iqtisadiyyatın şaxələndirilməsinə kömək edir".

O diqqətə çatdırıb ki, Korporasiya gələcəkdə Azərbaycanla tərəfdaşlıq əməkdaşlığını artırmağı nəzərdə tutur: "İllik toplantını Bakıda, son 16 il ərzində artıq ikinci dəfə təşkil etmək əla fürsətdir. Bu, bu regionda Orta Dəhlizin mühüm halqası kimi Azərbaycanın inkişafının, nailiyyətlərinin və iqtisadi artımının əyani təsdiqidir. Biz burada, o cümlədən İslam maliyyələşdirilməsi təcrübəsinin genişləndirilməsində böyük potensial görürük. Biz bu sahəni bütün Mərkəzi Asiya regionunda əsas rolu öz üzərinə götürmək iqtidarında olan Azərbaycan üçün perspektivli olaraq qiymətləndiririk".

Oxşar xəbərlər

Xalid Xalafalla: "Qlobal halal istehlak xərcləri 3 trilyon dolları keçə bilər"
ICD Mərkəzi Asiyanı Şərq və Qərb arasında gələcək əlaqələndirici həlqə adlandırıb
ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər