Musa Qurbanlı: "Qarabağ"ın məqsədi Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaqdır"
"Qarabağ"ın məqsədi Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaqdır.
Bunu "Sizinxeber.az"a açıqlamasında Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı deyib.
23 yaşlı oyunçu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri - "Şelburn" (İrlandiya) və "Linfild" (Şimali İrlandiya) kollektivləri barədə danışıb:
"Rəqiblərin kimliyindən aslı olmayaraq, bütün görüşlərə eyni güclə hazırlaşırıq. Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblər Şimali İrlandiya və İrlandiyanı təmsil edən klublardır. Futbolları bir-birinə yaxın olan ölkələrdir. Qeyri-adi, bir qədər də narahat oyunları ilə seçilirlər. Bununla belə, təsnifat mərhələsinin matçına var gücümüzlə hazırlaşacağıq".
M.Qurbanlı komandanın əsas hədəfinin Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib:
"İstirahətdən yeni qayıtmışıq. Məşqlərdə yüksək səviyyədə özümüzü göstərib, formamızı bərpa etməliyik. Əsas hədəfimiz Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaqdır. Lakin gedişatı zaman göstərəcək".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq. Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.
Oxşar xəbərlər
"Sabah"ın futbolçusu: Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik
Mahmud Qurbanov: “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansı böyükdür
"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
