Azərbaycanda əmlak alqı-satqılarının əvvəlcədən icbari qiymətləndirilməsi tətbiq oluna bilər
Azərbaycanda gələcəkdə bütün əmlak alqı-satqılarının əvvəlcədən icbari qiymətləndirilməsi mexanizmi tətbiq oluna bilər.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov Palatanın illik hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə Ədliyyə Nazirliyi ilə müzakirələr aparılıb və ilkin mərhələdə riskli kommersiya obyektləri üzrə layihənin həyata keçirilməsi qərara alınıb: “Ötən ilin sonu və bu ilin əvvəlində Ədliyyə Nazirliyi ilə bu istiqamətdə işlər apardıq. Qərara gəldik ki, ilkin mərhələdə riskli kommersiya obyektlərindən başlayaq. Söhbət qiymətinin bazar reallığından xeyli yuxarı və ya aşağı göstərildiyi şübhə doğuran kommersiya obyektlərindən gedir. Belə hallarda notariuslar sənədləri qiymətləndirilməsi üçün Palataya göndərsinlər ki, əmlakın dəyəri reallıqdan kənara çıxmasın”.
AQP sədri bildirib ki, layihə özünü doğruldacağı təqdirdə, mexanizmin əhatə dairəsi genişləndirilə bilər: “Əgər bu praktika özünü doğruldarsa, biz təklif etmişik ki, beynəlxalq təcrübədə olduğu kimi, bütün alqı-satqı əməliyyatlarında əvvəlcədən qiymətləndirmə tətbiq olunsun. Çünki bu mexanizm dünyanın bir çox ölkəsində artıq uzun müddətdir istifadə olunur. Hazırda isə bu istiqamətdə işlər layihə formatında başlayıb. İndi onun nəticələrini gözləyirik”.
Nüsrət İbrahimov əlavə edib ki, belə bir mexanizmin tətbiqi üçün müvafiq qanunvericiliyə dəyişikliklərin edilməsi tələb olunur.
Oxşar xəbərlər
AQP-nin reyestrində 200-ə yaxın qiymətləndirici qeydiyyatdan keçib
“Daşınmaz əmlak dövriyyəsinin stabilliyi” mövzusunda seminar keçirilib
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
Ədliyyə orqanlarında işləmək istəyənlər üçün söhbət mərhələsi keçiriləcək
Azərbaycanda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının qeydiyyatına başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
