Gəncədə avtomobillə motosiklet toqquşub, ölən var
sizinxeber.az xəbər saytı

Gəncədə avtomobillə motosiklet toqquşub, ölən var


Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili motosikletə toqquşub. Nəticədə motosikletin sürücüsü 2004-cü il təvəllüdlü Amin İsmayılov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

İlkin məlumata görə, vəfat edən şəxs kuryerdir.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

Oxşar xəbərlər

Gəncədə minik avtomobili ilə moped toqquşub, sürücü ölüb - FOTO
Gəncədə iki minik avtomobili toqquşub, ölən var
Gəncədə iki minik avtomobili toqquşub, ölən var - FOTO
Oğuzda yük avtomobili motosikletlə toqquşub, ölən var - YENİLƏNİB
Astarada minik avtomobili motosikletlə toqquşub, ölən var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər