Ağdamda əmək yarmarkasında 160-dan çox vakansiya təqdim edilib
sizinxeber.az xəbər saytı

Ağdamda əmək yarmarkasında 160-dan çox vakansiya təqdim edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası təşkil olunub.

ƏƏSMN-dən Sizinxeber.az-ya verilən məlumata görə, aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 20-dək işəgötürən iştirak edib.

Bildirilib ki, yarmarkada əməliyyatçı mühasib, avtoçilingər, dəzgah operatoru, dərzi, mühəndis, elektrik-qaz qaynaqçısı, ofisiant, çeşidləyici, avtokar sürücüsü, mexanik və s. peşə istiqamətləri üzrə 160-dan çox vakansiya təqdim olunub.

"Yarmarkaya qatılan vətəndaşlara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Həmçinin, iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan digər aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Ağdamda keçirilən əmək yarmarkasında 160-dan çox vakansiya təqdim edilib
Laçında keçirilən əmək yarmarkasında 250-dən çox vakansiya təqdim edilib
Cəbrayıl rayonunda əmək yarmarkası keçirilib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Füzulidə növbəti əmək yarmarkası təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər