ADY: Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam edir
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işlərini davam etdirir.
ADY-dən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, uzunluğu 30 kilometr olan xətt üzrə may ayında başlanılan söküntü işləri artıq tamamlanıb.
Layihə çərçivəsində ümumilikdə 174 ədəd mühəndis qurğusunun tikintisi planlaşdırılır. Bunlara 4 körpü, 12 avtomobil keçidi, 98 suötürücü boru və 60 ehtiyat keçidi daxildir.
Bildirilir ki, hazırda yol yatağının tikintisi davam etdirilir.
Qeyd edilib ki, bu xətdə 1967-ci ildən bəri əsaslı təmir aparılmadığından qatarların hərəkət sürəti 10–60 km/saat arasında dəyişirdi. Yenidənqurma işləri başa çatdıqdan sonra hərəkət sürəti artacaq, daha sürətli, dayanıqlı və fasiləsiz dəmir yolu əlaqəsi təmin olunacaq. Bununla da Yevlaxdan Xankəndiyə qədər müasir dəmir yolu infrastrukturu formalaşacaq.
Oxşar xəbərlər
Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək
Bakı-Ağdam qatarlarının hərəkəti müvəqqəti dayandırılır - SƏBƏB
ADY Yevlax–Bərdə xəttində əsaslı təmir işlərinə başlayır
Bərdə–Ağdam dəmir yolu xətti üzrə aparılan işlərin həcmi açıqlanıb
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
