Mahmud Qurbanov: “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansı böyükdür
“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansı böyükdür.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın Bolqarıstan təmsilçisi “Ludoqorets”lə bu gün baş tutacaq matçından əvvəl deyib.
Mütəxəssis Azərbaycan çempionunu rəqibdən daha güclü hesab edib:
“Cütün favoriti “Qarabağ”dır. Çünki “Ludoqorets” 6-7 il əvvəl gördüyümüz möhtəşəm, güclü komanda deyil. Amma oynaya bilirlər, müqavimət göstərməyə çalışacaqlar. Düşünürəm ki, “Qarabağ”ın oyunla bağlı problemi yoxdur. Düzdür, II təsnifat mərhələsindəki rəqib zəif idi, amma komanda göstərdi ki, yaxşı formaya düşür. Fikrimcə, bu cütdən növbəti mərhələyə məhz “Qarabağ” yüksələcək”.
M.Qurbanov “Qarabağ”ın pley-off-da Xorvatiya təmsilçisi “Dinamo”nu keçmək və Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaq potensialının çox olduğunu da söyləyib:
“Pley-off-da mümkün rəqib Zaqreb “Dinamo”su olacaq. Amma əvvəlcə “Ludoqorets” səddini keçmək lazımdır. “Dinamo” da ciddi komandadır. Lakin “Qarabağ”ın gücü, potensialı, həm “Dinamo” həm də “Ludoqorets”dən üstündür. Çempionlar Liqasında asan oyunlar olmur. Hər komanda qrup mərhələsinə düşmək istəyər. Oyunların çətin keçəcəyini deyə bilərəm. “Qarabağ”ın futbolçularının ustalıq səviyyəsi, meydanda nəyə qadir olduqları məlumdur. Bu səbəbdən komandanı rəqiblərindən üstün tuturam”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” - “Ludoqorets” qarşılaşmasının start fiti saat 20:00-da səsləndiriləcək.
Oxşar xəbərlər
Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi ilə oyunlarının vaxtı bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" artıq beynəlxalq yarışlarda öz sözünü deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












