Azər Allahverənov: Türkman eli ilə əməkdaşlığın inkişafı üçün böyük potensial var
Türkman eli ilə əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Naxçıvanda keçirilən "Türkman irsi: dil, mədəniyyət və tarix" mövzusunda elmi müzakirə çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, görüşün əhatə dairəsi TDT-nin coğrafi sərhədlərindən daha genişdir:
"Tdbirdə İraq, Suriya, Livan və digər ölkələrdə yaşayan türkman icmalarının nümayəndələri iştirak ediblər. Görüşdə bu çərçivədə əməkdaşlığın böyük perspektivlərə malik olduğunu bildiriblər. Bunun əsas səbəbi ortaq dil, mədəniyyət, tarix və bir-birinə yaxın dəyərlərin mövcudluğudur. Bu nümunələr bir daha göstərir ki, biz əməkdaşlığı sıfırdan qurmuruq. Əksinə, əsrlər boyu formalaşmış münasibətlərə, ortaq tarixə və möhkəm təməllərə söykənirik".
A.Allahverənovun bildirib ki, gələcəkdə müəyyənləşdirilən istiqamətlər üzrə türkman icmaları ilə birgə layihələrin və əməkdaşlıq proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Məqsəd türk dünyasının həmrəyliyini daha da gücləndirmək və yeni təşəbbüslərin reallaşdırılmasına töhfə verməkdir.
Deputat vurğulayıb ki, TDT ölkələrinin QHT Platforması çərçivəsində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur:
"Bu potensialdan səmərəli istifadə türk dünyasını daha da sıx birləşdirəcək layihələrin həyata keçirilməsinə, eləcə də türkman elini təmsil edən vətəndaş cəmiyyəti institutlarının bu prosesdə fəal iştirakına təkan verəcək".
Oxşar xəbərlər
Naxçıvanda İraq və Suriyadakı türkman irsi müzakirə olunub
Nəbil Şahin Kifrili: Azərbaycanın Kərkük türkmanlarına göstərdiyi diqqət qürur mənbəyidir
Suriya Türkman Məclisinin 7-ci qurultayı keçirilib, rəhbərlik seçilib
Azər Allahverənov: Hər Zirvə toplantısı türk dünyasının birliyini daha da gücləndirir
“Türkman marşı” yeni versiyada təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
