"Neftçi" Endryu Qravilyonun transferini açıqlayıb
sizinxeber.az xəbər saytı

"Neftçi" Endryu Qravilyonun transferini açıqlayıb


"Neftçi" 2026-cı il yay transfer dönəmində üçüncü keçidini rəsmiləşdirib.

"Report" paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyon ilə 2 illik müqavilə bağlanıb.

28 yaşlı futbolçu "55" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, zəngin karyeraya malik olan E.Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

Oxşar xəbərlər

"Neftçi" yaponiyalı futbolçunun transferini açıqlayıb
"Neftçi" portuqaliyalı futbolçunun keçidini açıqlayıb
"Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib
"Neftçi" İqor Ribeyronu təqdim edib
"Neftçi" "Sabah"dan ayrılan Elvin Camalovun transferini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər