Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
Azərbaycanda qiymətləndirmə fəaliyyətində süni intellekt əsaslı avtomatlaşdırılmış qiymətləndirmə modullarının tətbiqi nəzərdə tutulur.
Sizinxeber.az-Economics xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov palatanın illik hesabat xarakterli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmə standartlarının 2025-ci il tələblərinə uyğun olaraq qiymətləndirmə sahəsində süni intellektdən istifadə təmin edilməlidir.
“Portalda beş funksiya nəzərdə tutmuşuq. Beşinci funksiya avtomatlaşdırılmış qiymətləndirmə modullarının istifadəsidir. Bu, beynəlxalq standartların bizə qoyduğu öhdəlikdir. Təbii ki, burada süni intellektdən istifadə olunacaq, lakin bu sistem bizim öz məlumat bazamız əsasında fəaliyyət göstərəcək”, - deyə N. İbrahimov qeyd edib.
Palata sədri bildirib ki, hazırda indekslərin hesablanması və bazar təhlilləri mövcud metodologiya əsasında əl ilə aparılır.
“Beynəlxalq qiymətləndirmə standartlarının yeni tələbləri süni intellektdən istifadəni, böyük məlumat bazasının formalaşdırılmasını, keyfiyyətə nəzarət sisteminin qurulmasını və ESG faktorlarının qiymətləndirmə hesabatlarında tətbiqini nəzərdə tutur”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda çoxfunksiyalı qiymətləndirici portal yaradılır
Nüsrət İbrahimov: "Bəzi dövlət qurumları statistik məlumatlarını paylaşmırlar"
AQP-nin reyestrində 200-ə yaxın qiymətləndirici qeydiyyatdan keçib
AQP sədri: "Banklar qiymətləndirmə hesabatlarında yalnız yekun dəyərə diqqət yetirir"
Qiymətləndiricilər Palatası nizamnaməsi və ilk büdcəsini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
