Türkiyəli nazir müavini: "Etiketli sukuklar davamlı inkişaf layihələrinin maliyyələşməsini sürətləndirə bilər"
sizinxeber.az xəbər saytı

Türkiyəli nazir müavini: "Etiketli sukuklar davamlı inkişaf layihələrinin maliyyələşməsini sürətləndirə bilər"


Yaşıl və sosial layihələrə yönələn etiketli sukuklar həm davamlı inkişaf məqsədlərinin maliyyələşdirilməsini sürətləndirir, həm də emitentlər üçün yeni investor qruplarına çıxış imkanı yaradır.

"Report" xəbər verir ki, bunu Türkiyənin xəzinədarlıq və maliyyə nazirinin müavini Osman Çelik Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirələrdə bildirib.

Onun sözlərinə görə, Türkiyə kimi ölkələr üçün etiketli sukuklar investor bazasının genişləndirilməsi ilə yanaşı, davamlı inkişaf layihələri üçün maliyyə resurslarının səfərbər olunmasına da töhfə verir.

"Bu gün Türkiyədə sukuk bazarı artıq yalnız suveren emissiyalarla məhdudlaşmır. İştirak bankları, korporativ şirkətlər və bəzi dövlət qurumları da sukuk emissiyaları vasitəsilə bazara uğurla çıxır. Bu sahədə emissiyaların ümumi həcmi təxminən 5 milyard ABŞ dollarına çatıb. Bu da Türkiyədə sukuk ekosisteminin daha dərin və yetkin mərhələyə keçdiyini göstərir", - deyə o qeyd edib.

Nazir müavini vurğulayıb ki, Türkiyə gələcəkdə də sukuku mühüm maliyyələşdirmə alətlərindən biri kimi görür.

Onun fikrincə, sukuk investor bazasının diversifikasiyası, kapital bazarlarının inkişafı və uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

"Biz artıq zəruri siyasət çərçivəsini formalaşdırmışıq. Davamlı maliyyə çərçivəmiz beynəlxalq bazar standartlarına uyğundur və sukuk da daxil olmaqla gələcək yaşıl, sosial və davamlı maliyyə emissiyalarının həyata keçirilməsi üçün kifayət qədər çeviklik yaradır", - deyə O.Çelik bildirib.

Onun sözlərinə görə, Türkiyənin etiketli sukuk əməliyyatlarını dəstəkləyə biləcək geniş layihə portfeli mövcuddur. Bu layihələrə bərpa olunan enerji, enerji səmərəliliyi, davamlı nəqliyyat, su idarəetməsi, əlçatan mənzil təminatı, səhiyyə və təhsil sahələri daxildir.

Nazir müavini əlavə edib ki, gələcək emissiyaların həcmi və vaxtı bazar şəraiti ilə investor tələbindən asılı olacaq:

"Lakin hesab edirik ki, Türkiyə uyğun imkan yarandığı təqdirdə bu bazarda fəal iştirak etmək üçün həm beynəlxalq standartlara uyğun çərçivəyə, həm də güclü layihə portfelinə malikdir".

Oxşar xəbərlər

Osman Çelik: Sukuk Türkiyənin xarici maliyyələşdirmə strategiyasının mühüm hissəsinə çevrilib
Malayziya rəsmisi: "Sukuk dünya iqtisadiyyatı üçün uzunmüddətli maliyyələşdirmə vasitəsi olub"
Ahmed Rostom: "Misir İslam maliyyəsi hesabına maliyyələşmə xərclərini azaltmağa nail olub"
Azərbaycan 16 ildən sonra yenidən IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir
Nazir müavini: "Dayanıqlı inkişafın maliyyələşdirilməsində ciddi kəsir var"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər