Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
ABŞ Prezidenti Donald Tramp Qətər dövlətinin ona bağışladığı yeni “Eyr Foors Van” (Air Force One) xüsusi təyyarəsini ictimaiyyətə nümayiş etdirib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə "NBC Nyus" telekanalı məlumat yayıb.
Təyyarənin təqdimat mərasimi Vaşinqton yaxınlığında yerləşən Endryus aviabazasında baş tutub. Tramp hava gəmisini bütün göstəricilərinə görə "ən üstün və nəhəng" adlandıraraq, onu "indiyə qədər misli görünməmiş lüks səviyyəli uçan Ağ Ev" kimi xarakterizə edib.
Təxmini dəyəri 400 milyon dollar olan "Boeing 747" qırmızı, ağ və mavi rənglərlə dizayn edilib. Bu yeni layner iyulun 4-də ABŞ-nin müstəqilliyinin 250 illik yubileyi münasibətilə paytaxtda təşkil olunacaq hava paradına "başçılıq" edəcək.
Ağ Evin məlumatına əsasən, hava gəmisi dövlət rəhbərinin rəsmi işgüzar səfərlərində istismar ediləcək, lakin Trampın prezidentlik müddəti başa çatdıqdan sonra onun şəxsi prezident kitabxanasının balansına köçürüləcək.
Qeyd edək ki, "Boeing 747-8" modelli təyyarə Qətər əmirinin ailəsi tərəfindən bağışlanıb. "ABC" telekanalının mənbələrinə görə, bu, xarici dövlətlər tərəfindən ABŞ-a təqdim edilən ən bahalı hədiyyə kimi tarixə düşüb.
Məlumata görə, respublikaçı prezidentin bu layneri qəbul etmək qərarı Konqresdə ciddi narazılıqla qarşılanıb.
Oxşar xəbərlər
Tramp qırmızı "Tesla"sından imtina etməyi planlaşdırır
Tramp altıncı nəsil F-47 qırıcısını hazırlayacaq şirkətin adını açıqlayıb
Si razılaşdı, 200 ədəd "Boinq" alacaq - Tramp
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
Tramp dünyanı sülh münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Makron üçüncü ölkələrdə miqrantların qaytarılması üzrə mərkəzlərin yaradılmasına qarşı çıxıb
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Balaxanı neftçiləri ADNSU-da Geologiya Elmləri üzrə Tədqiqat təqaüdü təsis etdilər - FOTO
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
