ASA və Macarıstan İdman Elmləri Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan İdman Akademiyasının (ASA) rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfəri çərçivəsində bu ölkənin İdman Elmləri Universitetində olub.
ASA-dan "Sizinxeber.az"a verilən məlumata görə, nümayəndə heyəti universitetin rektoru Tamaş Sterbenz və ali təhsil müəssisəsinin digər rəhbər şəxsləri ilə görüşüb.
Görüşdə bu ilin yanvarın 23-də imzalanmış niyyət məktubuna uyğun olaraq iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, professor-müəllim heyəti və tələbə mübadiləsi məsələləri müzakirə olunub.
Tərəflər idman elmləri sahəsində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik proqramların qarşılıqlı tanınması, eləcə də təcrübə mübadiləsinin təşkili istiqamətində əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüş çərşivəsində qabaqcıl təcrübənin öyrənilməsi və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Oxşar xəbərlər
Emi Karlon: Azərbaycan ilə ABŞ-nin münasibətləri möhkəmlənir
Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan və Macarıstan aqrar sahədə əməkdaşlıq istiqamətlərini müzakirə edib
İlahiyyat İnstitutu və Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
Azərbaycan və Türkiyə gənclər və idman sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
