Nəbil Şahin Kifrili: Azərbaycanın Kərkük türkmanlarına göstərdiyi diqqət qürur mənbəyidir
Azərbaycanda Kərkük türkmanlarına olan böyük diqqət bizim üçün qürur mənbəyidir.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanda keçirilən "Türkman irsi: dil, mədəniyyət və tarix" mövzusunda elmi müzakirə çərçivəsində jurnalistlərə açıqlamasında Kərkük Universitetinin (İraq) müəllimi Nəbil Şahin Kifrili deyib.
N.Ş.Kifrili bu cür tədbirlərin türk dünyası üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
"Kərkük türkmanları türk dünyasının ayrılmaz parçasıdır. Bizi unutmamağınız bizim üçün böyük qürur mənbəyidir. Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsi olduqca önəmlidir. Eyni zamanda, Türk Alimlər Birliyinin, Türk Dövlətləri Təbiblər Birliyinin, Türk Dövlətləri Şairlər və Ədəbiyyatçılar Birliyinin yaradılması da ortaq məqsədlərimizə xidmət edən mühüm addımlardır", - o qeyd edib.
Onun sözlərinə görə, belə təşəbbüslər müxtəlif səbəblərdən zəifləyən əlaqələrin yenidən möhkəmləndirilməsinə və türk dünyasında bağların daha da gücləndirilməsinə xidmət edir.
Alim qeyd edib ki, gələcəkdə Kərkükdə, Hələbdə və digər bölgələrdə yaşayan türkmanlar üçün konkret layihələrin həyata keçirilməsi onların türk dünyasına bağlılıq hissini daha da artıracaq:
"Kərkükdə və Hələbdə universitetlərin açılması, türk dilində təhsil verən məktəblərin yaradılması, müasir səhiyyə müəssisələrinin fəaliyyətə başlaması çox önəmli addımlar olar. Bu cür layihələr həmin bölgələrdə yaşayan türkmanlar arasında türk dünyasına və Azərbaycana sevgi ilə bağlılığın daha da möhkəmlənməsinə xidmət edəcək".
O, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılacağına ümid etdiyini bildirib: "Arzumuz budur ki, Bakıdan Naxçıvana təyyarə ilə deyil, avtomobillərlə, avtobuslarla, türk mahnıları oxuya-oxuya səfər edə bilək".
Oxşar xəbərlər
Naxçıvanda İraq və Suriyadakı türkman irsi müzakirə olunub
TÜRKSOY-un baş katibi: Naxçıvan türk dünyasının “qızıl körpüsü”dür
Türk Dünyası Sığorta Birliyinin ilk konqresi Şuşada keçiriləcək
Rektor: 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün çox məhsuldar olub
Mehmet Yüce: "Zəngəzur alternativ enerji ixracı baxımından Türk dünyası üçün ortaq layihədir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
