Mahinur Özdemir Göktaş: Türkiyə və Azərbaycan Prezidentləri ailə institutunu strateji məsələ hesab edirlər
sizinxeber.az xəbər saytı

Mahinur Özdemir Göktaş: Türkiyə və Azərbaycan Prezidentləri ailə institutunu strateji məsələ hesab edirlər


Türkiyə və Azərbaycan Prezidentləri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin ailə institutunun gücləndirilməsini cəmiyyətin gələcəyi üçün strateji məsələ hesab etmələri və bu sahədə işə verdikləri əhəmiyyət ortaq iradəni, əməkdaşlığa dair güclü anlayışı nümayiş etdirir.

Bunu "Sizinxeber.az"un Türkiyə bürosuna müsahibəsində Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.

O qeyd edib ki, bu məsələdə Türkiyə və Azərbaycan sıx dialoq qurub və əməkdaşlıq edir:

"Ailə institutu Türk dünyasının ortaq dəyərlərini və sosial əlaqələrini gücləndirən ən vacib elementlərdən biridir. Ailənin qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi ilə bağlı Azərbaycanla güclü ortaq bir baxışımız var".

O qeyd edib ki, ailəyə yönəlmiş əməkdaşlığın institusionallaşdırılmasına və TDT-nin himayəsində ortaq bir fəaliyyəti inkişaf etdirməyə böyük əhəmiyyət verirlər:

"TDT çərçivəsində Sosial Siyasətdən Məsul Nazirlərin Görüşlərinin həyata keçirilməsi və "Qloballaşan Dünyanın Risklərinə Qarşı Ailəmiz Gələcəyimizdir" mövzusunda TDT-nin Sosial Siyasətdən məsul nazirlərinini ilk görüşünün keçirilməsi türk dünyasında ailəyə yönəlmiş ortaq yanaşmanın inkişaf etdirilməsində mühüm mərhələlər olub. Bu kontekstdə, əsasən Azərbaycanla sıx əməkdaşlıq çərçivəsində "Türk dünyasnın ailə hədəfləri"nin yaradılması istiqamətində işimizi davam etdiririk".

Göktaş vurğulayıb ki, ailə institutunun qorunması və gücləndirilməsi, demoqrafik risklərə qarşı ortaq siyasətlərin hazırlanması və ailəyə uyğun təcrübələrin paylaşılması kimi məsələlərdə ortaq bir perspektiv yaratmağı hədəfləyirlər:

"Ailə strukturunun üzləşdiyi qlobal çətinliklər, demoqrafik transformasiyalar və sosial dəyişikliklər qarşısında ailə mərkəzli siyasətləri genişləndirmək və bu məsələ ilə bağlı beynəlxalq məlumatlılığı artırmaq üçün dost və qardaş ölkələrlə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik".

Azərbaycanla əməkdaşlığın davam etdirilməsi ilə planlara toxunan Göktaş vurğulayıb ki, növbəti dövr üçün yeni fəaliyyət planlarının yaradılması üzərində iş mövcud əməkdaşlığı daha da inkişaf etdirməyi hədəfləyən qarşılıqlı məsləhətləşmələr və qiymətləndirmələrlə uyğun olaraq davam edir:

"2026-cı ildə növbəti üç ili əhatə edən iki ayrı fəaliyyət planı imzalamağı hədəfləyirik. İnanıram ki, Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq güclü əlaqələri daha da möhkəmləndirəcək və ortaq məqsədlərə doğru işimizə dəyərli töhfələr verəcək".

Oxşar xəbərlər

Mahinur Özdemir Göktaş: Ailə institutunun qorunub gələcək nəsillərə ötürülməsi vacibdir
Mahinur Özdemir Göktaş: Azərbaycanla Türkiyə arasındakı əlaqələr geniş və çoxşaxəlidir
Mahinur Özdemir Göktaş: Azərbaycan və Türkiyə arasındakı bağ çox dərin və köklüdür
Türkiyənin ailə və sosial xidmətlər naziri Azərbaycana səfər edəcək
Türkiyəli xanım nazir: Hər çətinlikdə ailəmi daim yanımda gördüm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər