Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
sizinxeber.az xəbər saytı

Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"


Almaniyanın Hamburq şəhərində "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə "AerCap" şirkəti ilə lizinq müqaviləsi çərçivəsində təhciz edilən ilk "Airbus A321neo" təyyarəsinin təhvil verilməsi mərasimi keçirilib.

"Report"un Hamburqa ezam olunmuş əməkdaşı xəbər verir ki, mediatur zamanı "Airbus" şirkətinin kommersiya marketoloqu Malhar Pendse bildirib ki, Azərbaycan Avropa ilə Asiya arasında çox vacib coğrafi mövqeyə malikdir və ölkə şirkət üçün vacib müştəridir.

O qeyd edib ki, şirkət AZAL-dan sifarişi 2022-ci ildə alıb.

M.Pendsenin sözlərinə görə, "Airbus A321neo" bu nəslin Azərbaycana təhvil verilən ilk təyyarəsidir.

Ümumilikdə, "Airbus" indiyədək bütün dünyada 450 müştəridən 26 272 təyyarənin istehsalı üçün sifariş alıb. Bu sifarişdən 17 019 təyyarəni müştərilər artıq əldə ediblər.

"A320" seriyası – "Airbus" təyyarələri arasında ən çox satılan seriyadır. Bu seriya üzrə müştərilərlə 20,1 min təyyarənin satışına dair müqavilələr bağlanıb ki, bundan da 12,6 min təyyarəni artıq əldə ediblər.

"Airbus"dan bildirilib ki, şirkət hər ay 45-75 ədəd "A320 neo" təyyarəsi yığır. Təyyarənin komponentləri ABŞ, Fransa, Çin və Almaniyada, xüsusən də Hamburqda yığılır.

Bilavasitə "A320 neo" ailəsinə aid təyyarələr üzrə şirkət 150 aviaşirkətdən 12 min sifariş alıb, "A321neo" üzrə – 9,5 min təyyarə üçün sifarişlər alınıb, müştərilərə artıq 7,7 mindən çoxu təhvil verilib.

"Airbus A321neo" dar gövdəli təyyarədir və yeni texnoloji yeniliklər sayəsində o, orta məsafəli təyyarədən uzaq məsafəli təyyarəyə çevrilib və 10 saat havada qala bilir. Təyyarə 244 sərnişin tutumuna malikdir.

M.Pendse qeyd edib ki, "A321neo" ailəsinə aid təyyarələr bu gün bütün dünyada istismar olunur: "Bu gün "A321neo"nun bütün əməliyyatlarının 15 %-dən çoxu uzaq məsafəli marşrutların payına düşür".

Ötən il "Airbus" şirkəti təxminən 800 təyyarə, o cümlədən 620-dən çox "A320" seriyalı təyyarə istehsal edib.

Oxşar xəbərlər

AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
"Airbus" sifarişləri iyul ayında 29 dəfə azalıb
AZAL: "2032-ci ilə qədər aviaparka yeni “Airbus” və “Boeing” təyyarələri daxil olacaq"
“Airbus” keçən il müştərilərə 766 təyyarə təhvil verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər