Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb
sizinxeber.az xəbər saytı

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb


Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 20-ci Konfransı çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Numan Kurtulmuş X-da paylaşım edib.

“Görüş zamanı ölkələrimiz arasında mövcud olan dərin dostluq və qardaşlıq əlaqələrinin bütün sahələr üzrə daha da möhkəmlənməsindən məmnunluğumuzu qarşılıqlı şəkildə ifadə etdik. Həmçinin regional və qlobal səviyyədə baş verən proseslər ətrafında fikir mübadiləsi apardıq. Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqliyin Şuşa Bəyannaməsinə uyğun olaraq bütün istiqamətlərdə daha da gücləndirilməsi əzmimizi bir daha təsdiqlədik”, - deyə TBMM sədri qeyd edib.

Oxşar xəbərlər

TBMM sədri: Beynəlxalq platformalarda həmrəy olduğumuz qardaş Azərbaycanla hər zaman çiyin-çiyinəyik
Sahibə Qafarova TBMM-in sədrini təbrik edib
TBMM sədri Zəngəzur dəhlizinin açılmasının Türk dünyasına faydasından danışıb
TBMM sədri: Azərbaycanla birgə bölgədə sülh və sabitlik üçün səy göstərəcəyik - YENİLƏNİB
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər