Tahir Baxşıyev: "Belarusla oyunlarda əsas məqsəd bütün heyəti yoxlamaq idi"
Azərbaycanın kişi basketbolçulardan ibarət millisinin baş məşqçisi Tahir Baxşıyevin Belarusla oyunlarda əsas məqsədi bütün heyəti yoxlamaq olub.
Mütəxəssis bunu "Sizinxeber.az"a açıqlamasında deyib.
O, komandanın hazırlıq prosesi, qarşıdakı planlar və heyətdəki son vəziyyətlə bağlı danışıb:
"Lüksemburq və İrlandiya ilə matçlara hazırlıq çərçivəsində Belarusla keçirilən oyularda əsas məqsəd bütün heyəti yoxlamaq idi. Əlbəttə, hər bir qarşılaşmada qələbə qazanmaq istəyirik. Lakin belə matçlar komandanı sınamaq üçün gözəl imkandır. İkinci oyunda heyətdə yer alan 14 basketbolçunun hamısına şans verildi və onlar meydanda kifayət qədər vaxt qazandılar. Amil Həmzəyevin heyətdə yer almaması oyunumuza mənfi təsir göstərdi. Səbət altında ribaund mübarizəsində çətinlik çəkdik və məğlub olduq. Hazırda o, zədədən əziyyət çəkir. Digər oyunçularımız hələ çox gəncdirlər və kifayət qədər təcrübəyə malik deyillər. Lakin gələcəkdə onların komandaya köməyinin dəyəcəyini düşünürəm. İnanıram ki, hər şey yaxşı olacaq. Bu cür oyunların sayı nə qədər çox olsa, komandanın təcrübəsi bir o qədər artacaq".
Mütəxəssis rəqibin güclü tərəflərinə və komandadakı çatışmazlıqlara diqqət çəkib:
"Rəqib heç də zəif komanda deyil, oyunçularının təxminən 80 %-i yerli çempionatda çıxış edir. Onların güclü kollektiv olduğunu bilirdik. Heyətimizdə müəyyən zəif nöqtələr var və onların üzərində mütləq işləmək lazımdır. Bununla yanaşı, oyunumuzda müsbət cəhətlər də var. Hər bir nüansı ətraflı təhlil edərək müvafiq qərarlar qəbul edəcəyik".
Baş məşqçi heyətdəki mümkün dəyişikliklərdən və qarşıdakı oyun qrafikindən bəhs edib:
"Heyətdə maksimum iki və ya iki dəyişiklik ola bilər. Hazırda Bakıda məşqləri davam etdiririk və böyük yeniliklər planlaşdırılmır. İyunun 28-nə kimi paytaxtda hazırlıq keçəcəyik, 29-da isə Lüksemburqa yola düşəcəyik. İyunun 30-u və iyulun 1-də orada məşqlərimiz, iyulun 2-də isə oyunumuz baş tutacaq. Uesli Van Bek komandaya Lüksemburqda qoşulacaq".
Qeyd edək ki, T.Baxşıyevin baş məşqçisi olduğu komanda Belarusla keçirdiyi hər iki yoxlama görüşündə məğlub olub - 50:74, 67:92.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi Belarusla yolaşlıq matçlarını dəyərləndirib
Tahir Baxşıyev: Azərbaycan Kuboku kolleksiyamızda ən vacib yeri tutacaq
Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb
Azərbaycan millisinin baş məşqçisi: "İrlandiya ilə oyunda hücumda və müdafiədə çox zəif təsir bağışladıq"
Tahir Baxşıyev: "Azərbaycan Kuboku kolleksiyamızda ən vacib yeri tutacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
