Azərbaycan İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələrini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliya arasında enerji təhlükəsizliyi və investisiya layihələri ilə bağlı müzakirələr aparılıb.
"Sizinxeber.az" SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı işləri komitəsinin sədri Culyo Tremonti ilə görüşündə baş tutub.
Görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektoru üzrə strateji tərəfdaşlığın dinamik inkişafından, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə uğurla genişləndirilməsindən məmnunluq ifadə olunub.
Bu xüsusda, SOCAR tərəfindən "Italiana Petroli" şirkətinin səhmlərinin "API Holding"dən alınmasının əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
SOCAR-ın prezidenti İtaliyada bir sıra görüşlər keçirib
Romada "SOCAR İtaliya" şirkətinin rəsmi təqdimatı olub
Adolfo Urso: "SOCAR-ın IP-yə investisiyaları İtaliyanın enerji potensialını gücləndirir"
Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub - FOTO
SOCAR “Qazpromneft” ilə müzakirələr aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
